RU

ADİF “Muğanbank”ın kredit ödənişi və tələblərinin qeydiyyatı ilə bağlı məlumat yayıb

ADİF

Bakı, 20 noyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 24 oktyabr tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə "Muğanbank" ASC müflis elan edilib və iflas proseduruna başlanıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu "Muğanbank" ASC-nin ləğvedicisi təyin edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Fonddan verilən məlumatda bildirilir.

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Muğanbank” ASC-nin müştərilərinin nəzərinə çatdırır ki, kredit ödənişlərinin həyata keçirilməsi, sorğu edilən sənədlərin və əlavə məlumatların əldə edilməsi məqsədilə aşağıda qeyd edilən üsullardan istifadə edilə bilər:

1. Elektron qaydada kredit ödənişlərinin həyata keçirilməsi - https: million.az veb saytı vasitəsilə;

2. Nağd qaydada kredit ödənişlərinin həyata keçirilməsi – “e-manat”, “Million” və “m-pay” ödəniş köşkləri vasitəsilə;

3. Köçürmə yolu ilə kredit ödənişlərinin həyata keçirilməsi üçün LPO “Muğanbank” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə bank hesablarının rekvizitləri;

Həmçinin qeyd edək ki, kredit ödənişlərinin həyata keçirilməsi, sorğu edilən sənədlərin və əlavə məlumatların əldə edilməsi qeyd edilən ünvanlarda mümkündür:

Ləğv prosesində olan “Muğanbank” ASC–nin Baş ofisi.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B. AZ1052

Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların regional mərkəzləri üzrə ünvanlar:

1. Mingəçevir şəhəri, Füzuli küçəsi, 24B

2. Gəncə şəhəri, Cavadxan küçəsi 10

3. Sumqayıt şəhəri, 6-cı mikrorayon, Cəlil Məmmədquluzadə küçəsi 7

4. Xaçmaz şəhəri, Heydər Əliyev küçəsi 256

5. Lənkəran şəhəri, Mirmustafaxan küçəsi 22

Əlaqə: (+994) 941

Избранный
329
9
azertag.az

10Источники