RU

"Neftçi"nin yeni baş məşqçisi müəyyənləşdi

“Neftçi”nin yeni baş məşqçisi bəlli olub.

Sportnet.az xəbər verir ki, "ağ-qaralar" Samir Abasovla anlaşıb. Mütəxəssis artıq "Sumqayıt"la vidalaşıb.

Yeni baş məşqçi ilə 2.5 illik müqavilə imzalanacaq. Paytaxt təmsilçisinin təyinatı bu gün açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Abasov daha əvvəl 2020-ci ilin noyabrından 2022-ci ilin iyununadək “Neftçi”nin baş məşqçisi olub. O, uzun fasilədən sonra paytaxt klubunu çempion etmiş, digər mövsümdə gümüş medal qazanmışdı.


Избранный
81
sportnet.az

1Источники