RU

Vətən müharibəsinin xronikası: 14 oktyabr

* Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev rəsmi tviter səhifəsində paylaşım edib.

* Prezident İlham Əliyev Fransanın “France 24” televiziya kanalına müsahibə verib.

* Azərbaycan Ordusu gecə və səhər saatlarında Ermənistan silahlı qüvvələrinin ümumilikdə üç “Elbrus” raket qurğusunu məhv edib.

* Müdafiə Nazirliyi düşmənin əməliyyat-taktiki raket komplekslərinin mülki əhalimizi və yaşayış məntəqələrimizi atəşə tutmaq məqsədilə start mövqeyinə çıxarılmasının videogörüntüsünü yayıb.

* Cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən vurulub.

* Müdafiə Nazirliyi işğaldan azad olunan Cəbrayıl şəhərinin videogörüntüsünü paylaşıb.

* Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 14-ü saat 12:00-dək 43 mülki şəxs həlak olub, 214 nəfər isə xəsarət alıb, 1505 ev, 66 çoxmənzilli yaşayış binası və 277 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

* Baş Prokurorluq: Düşmənin Tərtər rayonunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 8 nəfər xəsarət alıb.

Избранный
71
6
anspress.com

5Источники