RU

UEFA Millətlər Liqası: Azərbaycan millisi Slovakiya yığmasına məğlub oldu - Yenilənib

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyuna çıxıb...

Apasport.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Bakıda Slovakiya yığmasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşə saat 20:00-da start verilib.

Azərbaycan millisi C Liqasının 1-ci qrupunda 3 oyundan sonra xalsızdır və 4 komanda arasında sonuncu pillədə qərarlaşıb.

UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup

14 oktyabr

20:00 Azərbaycan – Slovakiya 1:3
Qollar: T. Bayramov, 38 - R. Məmmədov, 16-öz qapısına, L. Haraslin, 75, D. Duriç, 85
Qırmızı vərəqə: M. Emreli, 70

Azərbaycan: Mehdi Cənnətov, Qismət Alıyev, Rahil Məmmədov, Bədavi Hüseynov, Anton Krivotsyuk, Aleksey İsaev, Ceyhun Nuriyev, Elvin Cəfərquliyev, Toral Bayramov, Mahir Emreli, Ramil Şeydayev

Slovakiya : Marek Rodak, David Hançko, Lubomir Satka, Milan Şkrinyar, Peter Pekarik, Ondrey Duda, Stanislav Lobotka, Laslo Beneş, Tomas Suslov, David Strelets, Lukas Qaratslin.
Baş hakim: Rohit Saqqi (Norveç)
Tofiq Bəhramov adına Respublika stadionu

***

UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda təşkil olunan Azərbaycan - Slovakiya oyunu başlayıb.

"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

Matçı Norveçdən olan FIFA referisi Roxit Saqqi idarə edir.

Qrupun digər görüşündə İsveç Estoniyanın qonağı olacaq. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.

Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, 1-ci qrupda İsveç və Slovakiyanın 7, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib.

***

Bu gün UEFA Millətlər Liqasında üz-üzə gələcək Azərbaycan və Slovakiya yığmalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

Azərbaycan: Mehdi Cənnətov, Qismət Alıyev, Rahil Məmmədov, Bədavi Hüseynov, Anton Krivotsyuk, Aleksey İsayev, Ceyhun Nuriyev, Elvin Cəfərquliyev, Toral Bayramov, Mahir Emreli, Ramil Şeydayev

Slovakiya : Marek Rodak, David Hançko, Lubomir Satka, Milan Şkrinyar, Peter Pekarik, Ondrey Duda, Stanislav Lobotka, Laslo Beneş, Tomas Suslov, David Strelets, Lukas Qaratslin.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da başlayacaq.

Poliqon.info

Избранный
76
6
poliqon.info

10Источники