RU

Napoleonun papağı rekord qiymətə satıldı

Fransa imperatoru Napoleon Bonapartın papağı hərraca çıxarılıb.

Axşam.az xəbər verir ki, satış Fransada baş tutub. Hərracda papaq rekord qiymətə - 1,9 milyon avroya (təxminən 3,5 milyon manat) satılıb. Satış "Osenat" hərrac evi tərəfindən təşkil olunub.

Ekspertlər lotun qiymətini 600-800 min avro qiymətləndirsələr də bu, Bonaparta aid bütün əşyaların satışında rekord qiymətə alıcı tapan eksponat olub.

Qeyd edək ki, daha əvvəl qeydə alınan rekord məbləğ 2014-cü ildə eyni hərrac evində keçirilən Napoleon başqa bir papağının satışı zamanı qeydə alınıb. Əşya 1,8 milyon avroya satılmışdı.


BiG.Az
Избранный
544
26
big.az

10Источники