RU

Daniel Maldini millidə debüt etdi, tarixi ilk reallaşdı

"Montsa"nınyarımmüdafiəçisi Daniel Maldininin Millətlər Liqasının 4-cü turunda baş tutan İtaliya - İsrail oyununda (4:1) meydan sahiblərinin heyətində debüt etməsi tarixi ilkin reallaşmasını şərtləndirib.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, vaxtilə İtaliya seçməsinin şərəfini qorumuş əfsanəvi Paolo Maldininin oğlu və Çezare Maldininin nəvəsi olan Daniel görüşün 73-cü dəqiqəsində forma şansı qazanıb.

23 yaşlı futbolçunun debütündən sonra Maldinilər İtaliya millisində üç nəsil forma geyinən ilk ailə olub.

Qeyd edək ki, Paolo Maldini İtaliya millisində 1988-ci ildən 2002-ci ilə qədər oynayıb. Onun atası Çezare Maldini isə yığmada 1960-1963-cü illər aralığında top qovub.

Избранный
24
6
fanat.az

7Источники