RU

Meza Kolli yenidən ölkəmizdə

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, yerli azarkeşlərə də yaxşı tanış olan Sezar Meza Kolli azad agent kimi heyətə cəlb olunub.

33 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyəcək.

Paraqvaylı mərkəz yarımmüdafiəçi peşəkar karyerasında müxtəlif illərdəİtaliyanın “Çesena” və “Pavia”, İspaniyanın “Alaves”, ölkəmizdə “İnter” / “Keşlə” / “Şamaxı”, “Neftçi” və “Zirə” klublarının heyətində çıxış edib.

Избранный
53
12
football-plus.az

10Источники