RU

Dönərdən daha bir kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanalıq oldu - YENİLƏNİB - 2

14 -15 oktyabr 2024-cü il tarixlərində müxtəlif saatlarda ümumilikdə 21 nəfər olmaqla zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. 

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

"Hazırda xəstəxananın Yoluxucu xəstəliklər şöbəsində 7 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıb", - məlumatda bildirilib.

***

10:13

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. 

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq AQTA-dan bildirilib.

"Agentliyin mütəxəssisləri hadisənin baş verdiyi ehtimal olunan Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində fəaliyyət göstərən “Köz dönər” ictimai iaşə müəssisəsinə baxış keçirib, müayinələrin aparılması məqsədi ilə  nümunələr götürüb. 

Sözügedən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda aidiyyəti qurumlarla birgə araşdırlamalar aparılır. Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək", - məlumatda qeyd olunub.

***

09:58

Tovuz rayonunda kütləvi zəhərlənmə olub.

İqtisadiyyat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Qovlar şəhərində yaşayan 18 nəfər ötən gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Onların Qovlardakı dönərxanadan dönər alaraq yedikləri və qidadan zəhərləndikləri bildirilir.

Zəhərlənən şəxslər bunlardır:

Qovlar şəhər sakinləri

2001-ci il təvəllüdlü Lamiyə Elşad qızı Məmmədova;

1995-ci il təvəllüdlü Maarif Arif oğlu Məmmədov;

1984-cü il təvəllüdlü Coşqun Ağaverdi oğlu Nəsibov;

2022-ci il təvəllüdlü Tunar Ağaverdi oğlu Əhmədov;

2021-ci il təvəllüdlü Milay Elvin qızı Quliyeva;

1995-ci il təvəllüdlü Nərmin Nizami qızı Quliyeva.

İbrahimhacılı kənd sakinləri

1980-ci il təvəllüdlü Aqil Dilqəm oğlu Alıyev;

2015-ci il təvəllüdlü Eldar Vüsal oğlu Hüseynov;

2012-ci il təvəllüdlü Xəyal Eldar oğlu Hüseynov;

1966-cı il təvəllüdlü Gülnarə Həsən qızı Səfərova;

1986-cı il təvəllüdlü Aqil Cəmaləddin oğlu Səfərov.

Köhnəqala kənd sakinləri

2011-ci il təvəllüdlü Rahib İlqar oğlu Ələsgərli;

2013-cü il təvəllüdlü Fərid Tahir oğlu Mirzəyev;

2011-ci il təvəllüdlü Emil Tahir oğlu Mirzəyev.

Alakol kənd sakini

1986-cı il təvəllüdlü Turanə Yolçu qızı Mirzəyeva;

Əyyublu kənd sakini

1985-ci il təvəllüdlü Nail Mehdi oğlu Qasımov;

Gəncə şəhər sakinləri

2007-ci il təvəllüdlü Xəyalə Ağasəf qızı Sadıqova;

2002-ci il təvəllüdlü Nərminə Arif qızı Məmmədova.

Qeyd edək ki, beş gün əvvəl Qazaxda da 18 nəfər dönərdən zəhərlənmişdi.

Избранный
79
20
iqtisadiyyat.az

10Источники