Mingəçevir, 16 oktyabr, AZƏRTAC
Azərbaycanın üç avarçəkəni "Mingəçevir Reqatası" beynəlxalq turnirində medal qazanıb.
AZƏRTAC xəbər verir ki, akademik avarçəkmə növündə 2007-ci il təvəllüdlü Amin Ramazanov qızıl medal əldə edib. O, finişə hamıdan birinci çatıb.
Əlimurad Hacızadə 2-ci, Niyaz Məlikov-Elvin Əliyev cütü isə 3-cü olub.
Qeyd edək ki, "Mingəçevir Reqatası"na oktyabrın 18-də yekun vurulacaq.