RU

Bu gün Füzulidə qaz olmayacaq

Bu gün Füzuli rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki, “Əhmədbəyli” ölçü qovşağından qidalanan orta təzyiqli xətt üzərində qaz tənzimləyici qurğunun quraşdırılması ilə bağlı noyabrın 21-də saat 10:00-dan işlər başa çatanadək adıçəkilən ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri görülən müddətdə Füzuli rayonunun 13 qəsəbəsinin və 10 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Избранный
252
41
index.az

10Источники