Bu gün avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinə yekun vurulacaq.
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində növbəti mükafatçılar müəyyənləşəcək.
Azərbaycan təmsilçiləri əvvəlki iki gündə 11 medala (3 qızıl, 3 gümüş, 5 bürünc) sahib çıxıblar.
Yarışa Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.
Reqatanın yekununda bağlanış mərasimi təşkil ediləcək.