RU

Prezident İlham Əliyev: Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, Cənubi Qafqazda da sabitliyi pozur - Vətən Naminə

">

VETENNAMİNE.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib.

Dövlətimizin başçısı bildirib: “(Fransa – red.) Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır. Eyni zamanda, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur, Qərb təşkilatlarından digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdlər göstərir”.Prezident

Vətən Naminə Mətbuat Xidməti

Избранный
178
28
vetennamine.az

10Источники