RU

"Mingəçevir reqatası-2024” beynəlxalq turnirinin bağlanış mərasimi keçirilib

Avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinin bağlanış mərasimi keçirilib.

Bakıvaxtı.az-ın mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, ilk olaraq yarışın sonuncu günündə medal qazanmış idmançılar mükafatlandırılıblar.

Azərbaycan 24 medalla ən çox mükafat əldə edən komanda olub. Yığma üzvlərinə kayak-kanoe və akademik avarçəkmə üzrə xüsusi mükafat verilib.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri turniri 24 medalla başa vurublar. Yarışda 12 ölkədən 100-dək avarçəkən iştirak edib.

Избранный
10
7
bakivaxti.az

8Источники