RU

ABŞ görünməmək üçün Fransanı qabağa verib - Ziyafət Əsgərov

Bakı. Trend:

Amerika tərəfi hər zaman bildirir ki, Azərbaycan stratejitərəfdaşıdır. Amma strateji tərəfdaşa belə davranırlar? Azərbaycanöz ərazilərini işğaldan azad edib. Beynəlxalq hüququ bərpa edib. 30il ərzində Qərb dövlətlərindən biri də Ermənistana qarşı çıxmayıb,sanksiya qəbul etməyib. Amma biz görürük ki, indi biztorpaqlarımızı azad etdiyimizə görə təzyiqlər var.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Müdafiə,təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri ZiyafətƏsgərov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, belə olan halda necə beynəlxalq hüquqdan söhbətgedə bilər? “Qərb dövlətləri indi niyə Azərbaycana qarşı çıxır?Çünki sən müsəlman dövlətisən, Türkiyə ilə “Şuşa bəyannaməsi”nibağlamısan. Bu bəyannaməni qəbul etdikdən sonra Qərb tərəfininyuxusuna haram qatıldı. İlk olaraq Fransa tərəfi buna qarşı çıxdı.Sonradan məlum oldu ki, bu sifariş Vaşinqtondan verilib.

ABŞ görünməmək üçün Fransanı qabağa verib. Axı bu qədər riyakarsiyasət yürütmək olmaz. Siz beynəlxalq hüququ məşğul edirsiniz.Eyni zamanda, güclü dövlət olaraq haqqın yanında olmalısınız. Bizmüharibəni kişi kimi aparmışıq, heç bir mülki şəxsə zərər gəlməyib.Heç bir “etnik təmizləmə” olmayıb. ABŞ-nin bu kimi bəyanatlarıqəbul etməsinin səbəblərindən biri Azərbaycan Prezidentininmüstəqil siyasətini qəbul etməməsi, müsəlman dövlətinindirçəlməsinin qarşısını almaqdır”, - deyə o qeyd edib.

Избранный
254
4
az.trend.az

5Источники