RU

"Araz-Naxçıvan" 2-ci pilləyə yüksəldi

Misli Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Sportnet.az xəbər verir ki, "Şamaxı" öz meydanında "Araz-Naxçıvan"ı qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 73-cü dəqiqədə Felipe Santos vurub.

Bu nəticədən sonra “Şamaxı” 12 xalla 6-cı pillədə qalıb. “Araz-Naxçıvan” isə qələbə sayəsində 20 xalla 2-ci sıraya yüksəlib.

Günün ikinci matçında "Neftçi" doğma meydanda "Səbail"lə üz-üzə gələcək. Qarşılaşma saat 18:00-da başlayacaq.

Turun açılış oyununda "Qarabağ" səfərdə "Kəpəz"i 5:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turun digər görüşləri oktyabrın 20-də oynanılacaq.

Misli Premyer Liqası
X tur
19 oktyabr (şənbə)

15:30. “Şamaxı” – “Araz-Naxçıvan” - 0:1
Qol: 
Felipe Santos 72.


Избранный
26
10
sportnet.az

8Источники