Oktyabrın 20-də paytaxtın Sabunçu rayonu ərazisində 1999-cu il təvəllüdlü Şamil Nəbiyevə kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı APA-ya bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib və saxlanılması istiqamətində tədbirlər görülür.
***
22:13
Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaq xəsarətləri alıb.
APA xəbər verir ki, hadisə Sabunçu rayonu 2 aprel küçəsində baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü Şamil Nəbiyev küçədə dava zamanı bıçaqlanıb.
Yaralı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları faktla bağlı araşdırma aparır.