RU

“Ayaks”ın futbolçusu: “Qarabağ”la oyun çətin olacaq, amma biz hazırıq

“Ayaks”ın

Bakı, 23 oktyabr, AZƏRTAC

“Sabah meydanda çox işləməli olacağıq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Ayaks”ın futbolçusu Kian Fits-Cim UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə Niderland klubunun rəsmi saytına açıqlamasında deyib.

21 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin bəzi matçlarını izlədiklərini bildirib: “Rəqib son 10 ildə öz ölkəsinin çempionu olub. Heyətində texnikalı yarımmüdafiəçilər var. Çətin oyun olacaq, amma biz hazırıq”.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

 

Избранный
46
5
azertag.az

6Источники