
Rusiyanın Kazan şəhərində keçirilən BRİCS sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başa çatıb.
Missiya.Az xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.
Qeyd edək ki, geniş tərkibdə keçirilən görüşdə Azərbaycan və Ermənistan baş nazirlərinin müavini Şahin Mustafayev ilə Mher Qriqoryan, o cümlədən hər iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov ilə Arorat Mirzoyan da iştirak edib.
Daşqın HəsənovMissiya.Az