RU

İran Qəzzaya tibbi personal göndərmək üçün Misirdən cavab gözləyir

İranın səhiyyə naziri Bəhram Eynullahi ölkəsinin Qəzzaya həkim və tibb bacılarından ibarət tibbi heyət göndərməyə hazır olduğunu və bu mövzuda lazımi koordinasiyanın təmin edilməsi üçün Misirdən cavab gözlənildiyini bildirib.

 

Oxu24.com  xəbər  verir  ki,İranın yarı rəsmi Təsnim Xəbər Agentliyinin məlumatına görə, Məşhəd şəhərində keçirilən tədbirdə çıxış edən səhiyyə naziri Aynullahi İsrailin sıx hücumları altında olan Qəzzaya tibb işçiləri göndərmək üçün Misirlə təmasda olduqlarını açıqlayıb.

 

İranlı nazir, "Həkim və tibb bacılarını Qəzzaya göndərməyə hazırıq. Bununla bağlı lazımi koordinasiyanı etdik. Bölgənin idarəçiliyindən məsul olan Misirin cavabını gözləyirik" ,-deyə məlumatda qeyd  edilib.

 

Müəllif:Nigar

 

Избранный
585
42
oxu24.com

10Источники