RU

“Honda”-nın sürücüsü özünü asdı

Noyabrın 21-də İrəvanda müəmmalı hadisə baş verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, saat 08:40-da Ermənistan Daxili İşlər Nazirliyinin polis və xilasetmə xidmətinin milli böhran idarəetmə mərkəzlərinə məlumat daxil olub ki, Baqrevənd-Dzraxbyur magistralında, penoplast istehsalı zavodunun yaxınlığında qaz borusunda kişi meyiti asılmış vəziyyətdə qalıb. 

Hadisə yerinə gələn polis və patrul əməkdaşları mərhumun şəxsiyyətini müəyyən ediblər: onun 42 yaşlı Yerevan sakini Q.A. olduğu üzə çıxıb.

Hadisə yerindən "Honda" markalı avtomobil aşkarlanıb, həmin şəxs ilkin ehtimala görə, yuxarıda qeyd olunan yerə gedib və özünü asıb.

Milli.Az

Избранный
863
1
milli.az

10Источники