Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.aia.az-ın məlumatına görə, ikinci oyun günündə daha dörd matç baş tutacaq.Premyer Liqa klublarından “Araz-Naxçıvan” “Şahdağ Qusar”la, "Kəpəz" "Ağdaş"la, "Səbail" isə "Dinamo" ilə üz-üzə gələcək.Günün ilk görüşündə I Liqada çıxış edən MOİK "Şimal"ı sınağa çəkəcək.29 oktyabr14:00. MOİK – “Şimal”Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Murad Səlimov.Hakim-inspektor: Anar Salmanov.AFFA nümayəndəsi: Yavər Rəhimov.“Kapital Bank Arena” (ehtiyat meydan)16:00. “Şahdağ Qusar” – “Araz-Naxçıvan”Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Rəhman Aslanov, Niyaz Əhmədov.Hakim-inspektor: Ömər Paşayev.AFFA nümayəndəsi: Elçin Məmmədov.“Liv Bona Dea Arena”16:00. “Ağdaş” – “Kəpəz”Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Rasim Axundov, Əkbər Əhmədov.Hakim-inspektor: Zöhrab Qədiyev.AFFA nümayəndəsi: Namiq Əliyev.Tovuz şəhər stadionu18:00. “Dinamo” – “Səbail”Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Fərid Hacıyev.Hakim-inspektor: Vüsal Əliyev.AFFA nümayəndəsi: Elgiz Abbasov.“ASCO Arena”Qeyd edək ki, ötən gün "Turan Tovuz" klubu “Hypers Guba”nı 7:2 hesabı ilə üstələyib. Bu raundun digər matçları oktyabrın 30-31-də gerçəkləşəcək.aia.az