RU

Nazir Sahil Babayev İmişli rayonunda vətəndaşları qəbul edəcək

Nazir

Bakı, 22 noyabr, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 30-da İmişli rayonunda İmişli və Beyləqan rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar noyabrın 22-24-də nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Избранный
376
4
azertag.az

10Источники