RU

“Məhəmməd Kekalov cinayət məsuliyyətinə cəlb olunub” -Elşad Hacıyev

İctimai fəal Məhəmməd Kekalovdan xəbər var. Qeyd edək ki, polisin Abzasmedia.org saytının rəhbəri Ülvi Həsənlini saxladığı gün adıçəkilən fəalın da yoxa çıxdığı deyilirdi. 2 gündür ki, yaxınları ondan xəbər tuta bilmir. Gununsesi.info-nun sorğusuna cavab verən DİN-nin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev Məhəmməd Kekalovun saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunduğunu deyib:“Həmin şəxs cinayət məsuliyyətinə cəlb olunub. Barəsində Cinayət Məcəlləsinin 206.3.2 ci maddəsi ilə cinayət işi başlanıb. Əlavə şərhim yoxdur”.  Elmar Gununsesi.info

Избранный
258
11
gununsesi.info

10Источники