"Qarabağ"ın Avropa Liqasının liqa mərhələsindəki iki səfər qarşılaşması İctimai Televiziyasının canlı efirində yayımlananacaq.
"Operativ Media" xəbər verir ki, Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Qarabağ"ın Liqa mərhələsinin 4-cü turundakı "Budo Qlimt" klubu ilə görüşü noyabrın 7-də saat 21:45-də İctimai TV-nin canlı efirində yayımlanacaq.
Qeyd edək ki, "Qarabağ"ın Yunanıstanın "Olimpiakos" klubuna qarşı mərhələnin son matçının da yayım hüququ İctimai Televiziyaya məxsusdur.