RU

"İxrac çempionu"nun məhkəməsi: 326 milyonluq qaçaqmalçılıq

Kölgə iqtisadiyyatı qurmaqla ölkədən qaçaq yolla 326 milyonluq məhsul çıxarmaqda və qanunsuz sahibkarlıqda ittiham olunan şəxslərin məhkəməsi davam etdirilib.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə Şirinov Elvin Valeh oğlu, Hidayətov Zöhrab Raqub oğlu və Hümbətov Qaçqın Şura oğlu mühakimə olunur.

Onların cinayət əməlləri Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa edilib.

Bundan əvvəlki iclas təqsirləndirilən şəxslərin iş materialları ilə tanış olmamaları səbəbindən yarımçıq qalmışdı. Hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən hazırlıq iclasının davamında işin məhkəmə baxışına verilməsi və qətimkan tədbirlərinin dəyişdirilib-dəyişdirilməməsi müzakirə edilib.

Şirinov və Hidayətov sərbəst mühakimə edilmək istəyiblər. Bakı İstintaq Təcridxanasından onlayn qaydada məhkəməyə qoşulan müttəhimlər barələrində seçilmiş qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş ediblər. Tərəflər başqa heç bir vəsatət qaldırmayıblar.

Hakim qətimkan tədbirlərinin dəyişdirilmədən işin məhkəmə baxışına verilməsinə qərar verib.

Избранный
101
13
publika.az

10Источники