RU

Azərbaycanlı aktyor Laçına köçdü

Azərbaycanlı aktyor Laçına köçdü

Aktyor Rauf Şahsuvarov Laçına köçüb.

Sonxeber.az xəbər verir ki, o, gün Bakıdan Laçına köçürülən 81 nəfərin içində yer alıb. Aktyor bundan sonra Laçında yaşayacaq.

Qeyd edək ki, aktyor 1991–1992-ci illərdə Arif Paşayevin komandiri olduğu Azərbaycanda olan ilk nizami alayın – Laçın alayının tərkibində Qarabağ müharibəsində iştirak edib.

Rauf hazırda Bakı Uşaq Teatrında işləyir. İşlədiyi illər ərzində teatrda bir neçə tamaşanın quruluşçu rejissoru olub və müxtəlif rollar oynayıb. Aktyor "O dünyadan salam", "Lal", "Yol yoldaşları", "QAZ", "Kəndim+nizə qayıdın!?", "Sübhün səfiri", "Oğlan evi 2", "Hoqqa", "Sən demə" filmlərində, "Pərvanələrin rəqsi", "Sonuncu fəsil", "Qız atası", "Vicdan haqqı", "Əqrəb mövsümü" seriallarında çəkilib./Axşam.az

Избранный
302
28
sonxeber.az

10Источники