RU

Qurban Qurbanov: "Məğlub olsaydıq da, oyuna yanaşmadan razı qalacaqdım"

"Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Mübarizəli, dinamik matç oynadılar. Möhtəşəm ab-hava var idi. Çox istərdik ki, 3 xal qazanaq. Amma bir xal da pis nəticə deyil".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 12-ci turunda "Turan Tovuz"la qarşılaşmada qeydə alınan 0:0 hesablı qələbəni şərh edib: "Tək özümüzü düşünmürük. Hər komanda üçün faydalı olar. Əfsuslar olsun ki, bəzi oyunlarda temp çox aşağı olur. Bəzi nüansları qeyd etmək mümkündür. Bu gün belə mübarizə gözlənilirdi. Temp demək olar ki, aşağı düşmədi. Bütün oyunlar bu saatda olsa, belə temp olar. Rəqibin bizə xoş olmayan oyun stili var. Çox tez hücuma keçirlər. Bunun üzərində çox işləməklə inkişaf etdirirlər. Bir-birini gözüyumulu başa düşürlər. Standart vəziyyətlərdə çox təhlükəlidirlər. Amma futbolçularım bacardılar. Qapıçımız da çox diqqətli idi. Məğlub olsaydıq da, oyuna yanaşmadan razı qalacaqdım".

Qeyd edək ki, "Qarabağ" 11 oyundan sonra 25 xalla lider mövqeyində qərarlaşıb.

İdman.biz

Избранный
54
1
idman.biz

10Источники