“Football-plus.az” xəbər verir ki, “bozqurdlar”ınbaş məşqçisi Kurban Berdıyevoyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Azarkeşlərimiz üçün yaxşı oyun keçdi, yaxşı oyun oldu. Ümumən oyundan razı qaldıq. Səhvlərimiz də var idi.
- Qələbə qazana bilməməyinizdə rəqib qapıçının yaxşı oyununun nə qədər təsiri oldu?
- Qapıçı onsuz da yaxşı oynamalıdı.
- Rəqibin "Qarabağ" olması oyun planında sizi nəyisə dəyişməyə məcbur etdi?
- Təxminən plan həmişəki kimi idi. Amma təbii ki, rəqibin ustalığını, oyunçuların fərdi ustalıqlarını da nəzərə almışdıq.
- Sirr deyilsə, plan nədən ibarət idi?
- Rəqib futbolçuların fərdi keyfiyyətlərini əsas götürdük. Birəbir oynamaq xüsusiyyətlərinə diqqət edirdik. Əsas plan bundan ibarət idi.
- Liderlə heç-heçə sizi razı salır?
- Desəm ki, razı deyiləm, düz olmazdı. Ümumi oyundan razı qaldım.
ƏSƏD SEYİDOV