RU

Anton Krivotsyuk üçün 90 dəqiqə və səfərdə 1 xal

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 36-cı turu çərçivəsində “Qvanqyu” ilə qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Tərəflər meydanı qolsuz tərk ediblər – 0:0. Anton bu görüşdə 90 dəqiqə meydanda olub.

“Daejeon Hana Sitizen” 36 oyuna topladığı 42 xalla 12 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Komanda 36 oyunda 10 qələbə qazanıb, 12 heç-heç edib, 14 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 60 oyuna çıxıb, 2 qol, 2 məhsuldar ötürmə müəllifi olub.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 39 matça çıxıb, 1 qola imza atıb.

Избранный
91
3
arena.az

10Источники