RU

Türkiyəli tennisçidən tarixi uğur

Türkiyəli tennisçi Zeynəb Sönməz Meksikanın Merida şəhərində keçirilən “WTA Merida Open” turnirinin qalibi olub.

Sportnet.az xəbər verir ki, finalda ABŞ-dan olan rəqibi Ann Lini 6:2 və 6:1 setlərlə məğlub edən idmançı bu yarışda ilk çempionluğunu qazanıb. Bu nəticə ilə dünya reytinqində 36 pillə irəliləyən tennisçi 91-ci sıraya yüksələrək öz rekordunu yeniləyib.

Bu qələbə ilə Zeynəp Sönməz Türkiyə tennis tarixində Çağla Büyükakçaydan sonra WTA turnirində şəxsi yarışda çempionluq qazanan ikinci qadın idmançı olub.


Избранный
42
4
sportnet.az

5Источники