RU

İƏT-in Əmək Mərkəzi ilə bağlı seçkilər keçirilib, Mərkəzin Baş direktoru seçilib (FOTO)

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda yaradılan ƏməkMərkəzinin Baş Assambleyasının açılış tədbirində mərkəzlə bağlı üzvölkələrin səsverməsi əsasında seçkilər keçirilib.

Məlum olduğu kimi, İƏT Əmək Mərkəzinin Baş Assambleyasınasədrlik Azərbaycan Respublikasına həvalə olunub, müavini isəSəudiyyə Ərəbistanı Krallığı seçilib.

Trend xəbər verir ki,Azərbaycan mərkəzə ev sahibliyi edən ölkə kimi İcraçı Şuranın daimiüzvü müəyyən olunub. Şurada Azərbaycan daxil olmaqla 10 ölkə təmsilolunub. İƏT Əmək Mərkəzinin Katibliyinin Baş direktoru vəzifəsinəisə Azərbaycandan olan namizəd - Azər Bayramov seçilib.

A.Bayramov 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetinijurnalistika, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlətİdarəçilik Akademiyasını dövlət və bələdiyyə idarəetməsi,Azərbaycan Dövlət İqtisad Universitetini (MBA proqramı üzrə)maliyyə, Vyana Diplomatik Akademiyasını Avropa inteqrasiyası vəəməkdaşlıq ixtisası üzrə bitirib. Dövlət İdarəçilik Akademiyasındahazırda doktorantura təhsili alır, həmçinin Madrid PolitexnikUniversitetinin magistridir.

O, Gənclər və İdman Nazirliyində, Beynəlxalq Əmək Təşkilatı,Dünya Bankı və s. qurumlarla birgə icra olunan layihələrdə,Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində, “AzerTelecom” MMC-dərəhbər vəzifələrdə çalışıb. 2020-ci ildən AzərbaycanRespublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosialİnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müşaviri olub.

Bir sıra ölkə və beynəlxalq miqyaslı tədbirlərin təşkilatkomitəsinin, Strateji Yol Xəritəsi üzrə işçi qrupların üzvü və süniintellekt, blokçeyn texnologiyası, robototexnika üzrə mühazirəçisi,BMT-nin rəqəmsal iqtisadiyyat və elektron ticarət üzrəHökumətlərarası ekspert qrupunun sədri olub. Hazırda UNEC-in SABAHqruplarının “İnnovasiya menecmenti” fənni üzrə müəllimi və BMT-ninİnvestisiya, innovasiya və sahibkarlıq üzrə ekspert qrupununsədridir.

İclasın davamında Milli Məclisin Əmək və sosial siyasətkomitəsinin sədri Musa Quliyev, Azərbaycan RespublikasınınSahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasınınprezidenti Məmməd Musayev və Azərbaycan Həmkarlar İttifaqlarıKonfederasiyasının sədri Səttar Möhbalıyev çıxış ediblər.

Bu gün konfransın Nazirlər Sessiyasına hazırlıq iclasındaişsizliyin aradan qaldırılması, işçi qüvvəsinin inkişafı və sosialmüdafiənin gücləndirilməsi sahəsində İƏT qurumlarının fəaliyyətinədair təqdimatlar edilib.

İƏT-in
İƏT-in
İƏT-in
İƏT-in
Məqalədə:
Избранный
155
6
az.trend.az

7Источники