19 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarına təyinatlar bəlli olub.
"Football-plus.az" xəbər verir ki, yığmanın noyabrın 13-də İslandiyaya qarşı matçını Şotlandiyadan olan Devid Dikinson idarə edəcək. Üç gün sonra İrlandiya ilə görüşdə Miloş Milanoviç, noyabrın 19-da Moldova ilə qarşılaşmada yenidən Dikinson ədaləti qoruyacaq.
Avropa çempionatının seçmə mərhələsi
7-ci qrup
13 noyabr
Azərbaycan - İslandiya
Baş hakim: Devid Dikinson (Şotlandiya).
Baş hakimin köməkçiləri: Kreyq Ferqyuson (Şotlandiya), Gennadi Lisita (Moldova).
Dördüncü hakim: İqor Boska (Moldova).
"Zimbru-2" stadionu. Saat 14.00.
16 noyabr
İrlandiya - Azərbaycan
Baş hakim: Miloş Milanoviç (Serbiya).
Baş hakimin köməkçiləri: Novak Novakoviç (Serbiya), Gennadi Lisita (Moldova).
Dördüncü hakim: İqor Boska (Moldova).
"Zimbru-2" stadionu. Saat 14.00.
19 noyabr
Moldova - Azərbaycan
Baş hakim: Devid Dikinson (Şotlandiya).
Baş hakimin köməkçiləri: Kreyq Ferqyuson (Şotlandiya), Lukaş Matuşek (Çexiya).
Dördüncü hakim: Yan Petrik (Çexiya).
"Zimbru" stadionu. Saat 15.00.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта