RU

"Qarabağ" Norveçə yollandı

“Qarabağ” Norveçə yola düşüb.

Sportnet.az xəbər verir ki, təmsilçimiz Avropa Liqasının “Bodyo-Qlimt”lə oyununa 2 gün əvvəldən yollanıb.

Turnirin Liqa mərhələsində mübarizə aparan Qurban Qurbanovun yetirmələri Bodyo təmsilçisi ilə noyabrın 7-də qarşılaşacaq. IV turun matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində keçirdiyi ilk üç oyunda məğlub olub. Ağdam klubu “Tottenhem”ə səfərdə 0:3, “Malmö” və “Ayaks”a evdə müvafiq olaraq 1:2 və 0:3 hesabı ilə uduzub.


Избранный
52
5
sportnet.az

5Источники