RU

Ermənistanda vəzifəli şəxslər korrupsiyaya görə saxlanıldı

Ermənistanın Artaşat ərazi vahid sosial xidmət mərkəzinin yüksək vəzifəli şəxsləri də daxil olmaqla 9 nəfər saxlanılıb.

Day.Az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya qarşı mübarizə komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər rüşvət almaqda şübhəli bilinirlər.

Belə ki, Artaşat ərazi vahid sosial xidmət mərkəzinin Sosial iş və məşğulluq proqramları şöbəsinin müdirinin, həmin idarənin şöbələrindən birinin rəhbərinin və böyük sosial işçisinin vətəndaşlardan rüşvət aldığı müəyyən edilib.

Избранный
436
10
day.az

10Источники