RU

"Araz-Naxçıvan" "Zirə"yə qalib gəldi

Misli Premyer Liqasının III turundan təxirə salınan oyunda "Zirə" "Araz-Naxçıvan"la qarşılaşıb.

Sportnet.az-ın məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 48-ci dəqiqədə Urfan Abbasov meydan sahiblərinin qapısından keçirib.

Qeyd edək ki, paytaxt təmsilçisi 12 oyundan sonra 20 xalla dördüncü, Naxçıvan klubu 27 xalla ikinci pillədə qərarlaşıb.


Избранный
83
16
sportnet.az

10Источники