Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstana səfəri noyabrın 27-nə planlaşdırılır.
Bunu ölkənin xarici işlər naziri Murat Nurtleu Astanada rusiyalı həmkarı Sergey Lavrovla geniş tərkibli görüşdə bildirib.
\"Rusiya Prezidentinin noyabrın 27-də Qazaxıstana dövlət səfəri çoxşaxəli tərəfdaşlığın inkişafı üçün böyük əhəmiyyət kəsb edir\", - o qeyd edib.
Öz növbəsində, S.Lavrov qeyd edib ki, tərəflər Rusiya Prezidentinin noyabrın 27-də Qazaxıstana dövlət səfərinə ciddi hazırlıq görürlər.
///report