Qazaxın Qazaxbəyli kəndində qohumlar arasında mübahisə qətllə nəticələnib."Report"un Qərb bürosunun məlumatına görə, 1995-ci il təvəllüdlü Kənan Cəfərov mübahisə zəminində bıçaqlanıb.Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Onu qətlə yetirməkdə keçmiş məhkum, 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmov şübhəli bilinir. O, saxlanılıb.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.