RU

Premyer Liqa: XIII turun daha iki oyunu keçiriləcək

Bu gün Misli Premyer Liqasında XIII turun daha iki oyunu keçiriləcək.

SeherXeber.org -ın məlumatına görə, günün ilk matçında "Səbail" "Turan Tovuz"la qarşılaşacaq.

"ASCO Arena"da baş tutacaq görüş saat 17:00-da start götürəcək.

Növbəti qarşılaşma isə "Sabah" və autsayder "Kəpəz" arasında oynanılacaq.

Saat 19:30-da başlayacaq duel "Bank Respublika Arena" gerçəkləşəcək.

Turnir cədvəlində "Turan Tovuz" 25 xalla üçüncü, "Sabah" 17 xalla beşinci, "Səbail" 7 xalla doqquzuncu, "Kəpəz" isə 6 xalla sonuncu sırada qərarlaşıb.

Misli Premyer LiqasıII dövrə, XIII tur9 noyabr

17:00. “Səbail” – “Turan Tovuz”Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Müslüm Əliyev, Elvin Bayramov.VAR: Tural Qurbanov.AVAR: Elşad Abdullayev.Hakim-inspektor: Zöhrab Qədiyev.AFFA nümayəndəsi: Namiq Əliyev."ASCO Arena".

19:30. “Sabah” – “Kəpəz”Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.VAR: Rəşad Əhmədov.AVAR: Eyyub İbrahimov.Hakim-inspektor: Orxan Məmmədov.AFFA nümayəndəsi: Eldəniz Musayev."Bank Respublika Arena".

Qeyd edək ki, turun açılış oyununda "Neftçi" "Şamaxı" ilə heç-heçə edib - 2:2.

Избранный
97
12
seherxeber.org

5Источники