RU

Messinin həyat yoldaşının supermarketi silahlı soyğuna məruz qaldı

Rosario şəhərində “İnter Mayami”nin hücumçusu Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzoya məxsus supermarket qarət edilib.

Arena.az bu barədə “Infobae” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, hücum supermarketdən banka 22,4 min dollar məbləğində vəsait aparan avtomobilə edilib. İki nəfər şüşələri qaraldılmış ağ avtomobildən düşüb və Antonellanın xalası qızı və iki supermarket işçisinin olduğu qara rəngli “Chevrolet” markalı avtomobilin şüşələrindən birini sındırıb. Soyğunçular iki kisə pul götürüblər və qaçıb aradan çıxmazdan əvvəl avtomobili atəşə tutublar. Zərərçəkənlər yüngül qançırlar alıblar, hazırda onların ağır sarsıntı vəziyyətində olduqları bildirilir.

Xatırladaq ki, 2023-cü ilin martında Messinin supermarketi artıq silahlı hücuma məruz qalmışdı. Onda soyğunçular mağaza binasına 14 dəfə atəş açmış və futbolçuya şəxsən ünvanlanmış yazı buraxmışdılar: “Messi, səni gözləyirik. Yavkin narkotik taciridir, o, səni xilas etməyəcək”.

Избранный
626
33
arena.az

10Источники