RU

Zimbabve millimizi sevindirdi

Millətlər Liqasının noyabr oyunları ərəfəsində yığmaların canlı FİFA reytinqindəki mövqeləri bəlli olub.

Sportnet.az xəbər verir ki, Azərbaycan millisi 1161,80 xalla siyahıda 117-cidir.

FİFA-nın son cədvəlində 118-ci olan Fernandu Santuşun yetirmələri bir addım irəliləyib. Buna Zimbabve yığması səbəb olub.

Afrika təmsilçisi aldığı ardıcıl məğlubiyyətlərlə 6,40 xal itirib. Zimbabvenin 117-ci yerdən 120-ci pilləyə yuvarlanması isə millimizi sevindirib.

Qeyd edək ki, FİFA rəsmi reytinq siyahısını noyabrın 28-də açıqlayacaq.


Избранный
94
2
sportnet.az

3Источники