RU

Bərdədə yas mərasimində döşəmə çökdü: ölən var

Bərdə rayonunda yas mərasimi zamanı bədbəxt hadisə baş verib.




Sitat.info xəbər verir ki, rayonun Yenidaşkənd kəndində yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Qəfildən ağırlığa dözməyən döşəmə çöküb. Nəticədə xeyli insan yaralanlıb.




Hazırda yaralıların Təcili Tibbi Yardım avtomobilləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daşınması həyata keçirilir.
***
Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.
Bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, Sarıtel Məmmədovada xəstəxanayaqədər ölüm halı qeydə alınıb.
Digər şəxslərin ümumi müayinələri davam etdirilir.

Избранный
495
46
sitat.info

10Источники