RU

Arda Gülər: "Hərdən kaş "Fənərbağça"da qalardım düçüncəsi yaranırdı"

"Real" transfer olunduqdan sonra bir-birinin ardınca zədələr alan Arda Gülər hələ də klub forması ilə oyunlara çıxa bilməyib.

Futbolpress.az xəbər verir ki, o, "El Chiringuito" televiziyasına açıqlamasında futbol oynamaq üçün darıxdığını deyib:

"Son zədəndən sonra ağladım. Futbol oynamaq üçün darıxıram. Hər dəfə oynamağa çalışanda eyni şey olur, zədələnirəm. Müalicəm davam edir. Hazırda bərpa olunmağa çalışıram. Ançelotti ilə münasibətimiz çox yaxşıdır. "Real"a ilk vaxtlar uyğunlaşmağım çətin idi. Komanda yoldaşlarım da üzərimdəki təzyiqdən xəbərdardır. Hərdən kaş "Fənərbağça"da qalardım düçüncəsi yaranırdı. Lakin indi komandaya uyğunlaşmışam".

Türkiyəli futbolçu bu ilin yayında 30 milyon avro qarşılığında "Real"a keçib.
Избранный
494
41
futbolpress.az

10Источники