RU

“ABŞ Azərbaycanla münasibətlərin pisləşməsini gözə almayacaq” - DEPUTAT DANIŞDI

“ABŞ və Fransanın Azərbaycanla münasibətlərində müəyyən problemlər yaratmasının özünəməxsus səbəbləri var. Fransa prezidenti Makron ikinci dəfə çox çətinliklə öz postunu qoruyub saxlaya bildi və hazırda ölkə daxilində ona qarşı çox böyük narazılıq var. Eyni zamanda aparıdığı xarici siyasət də uğursuzluğa düçar olur. Parisin keçmiş müstəmləkələrində güclü anti-Fransa əhval-ruhiyyəsi var. Bütün bunlardan fikir yayındırmaq üçün Makron adminstrasiyası diqqəti digər ölkələrlə münasibətlərə yönətməyə çalışır. Tək Azərbaycan deyil, Türkiyə ilə də Makronun siyasətində qeyri-müəyyənliklər var. Bununla belə o türk dünyasının dünya siyasətində böyük rol oynadığını görür. Buna görə də təsadüfi deyil ki, Mərkəzi Asiya türk dövlətlərinə səfər etdi. Ancaq həmin ölkələrin Azərbaycanla Türkiyəyə olan dostluq hissini zəiflədə bilmədi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, Makrondan sonrakı adminstrasiya Makronun anti-türk, anti-Azərbaycan siyasətinə yenidən baxmalı olacaq: “Çünki həm Türkiyə, həm də Azərbaycanda dünya siyasətində çox ciddi rola sahibdirlər. Fransa hər iki türk dövləti ilə yaxşı münasibət qurmaqla yalnız müsbət nəticə əldə edə bilər.

ABŞ-da isə vəziyyət bir qədər fərqlidir. Bu gün hakimiyyətdə olan Demokratlar Partiyası Konqresə sonuncu seçkilərində Respublikaçılara uduzdular. Senatda isə bir səs fərqi ilə öndədirlər. Gələn il keçiriləcək seçkilərdə isə onların prezident kürsüsünü əldə saxlamaq şansı yüksək deyil. Buna görə də onlar ABŞ-da mövcud olan erməni diasporunun səsini almaq üçün anti-Azərbaycan təbliğatına böyük üstünlük verirlər.

ABŞ adminstrasiyasının müəyyən nümayəndələrinin Azərbaycan əleyhinə bəyanatlar verməsinə ABŞ
adminstrasiyası hələ fikir bildirməyib. Hesab edirəm ki, ABŞ adminstrasiyası Azərbaycanla münasibətlərin pisləşməsinin hansı nəticələri olacağını təxmin edə bilir. Azərbaycan Cənubi Qafqazın ən güclü ölkəsidir. Bu baxımdan da ABŞ Azərbaycanla münasibətlərin pisləşməsini gözə almayacaqdır”.

Избранный
831
50
sia.az

10Источники