RU

Qazaxıstan Respublikasının ev sahibliyi ilə Xəzər dənizinin Hidrometeorologiyası üzrə Koordinasiya Komitəsinin (KASPKOM) videokonfrans formatında 7-ci sessiyası keçirilib. - Vətən Naminə

">

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, KASPKOM-a üzv ölkələrin milli hidrometeorologiya xidmətlərinin rəhbərləri hidrometeorologiya sahəsində milli fəaliyyətlərin cari vəziyyəti və perspektivləri barədə maraqlı təqdimatlarla çıxış edib, müfaviq sualları cavablandırıblar.

Həmçinin, konfransda tərəflər Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq haqqında Sazişin icrası, KASPKOM çərçivəsində iqlim üzrə işçi qrupun yaradılması, KASPKOM və Tehran Konvensiyası arasında əməkdaşlıq və digər mövzular ətrafında məhsuldar müzakirələr aparıblar. Paralel olaraq KASPKOM-un prosedur qaydaları layihəsi, iqlim bülletenləri, kataloqları, sənədləri də nəzərdən keçirilib.
Görüşün sonunda KASPKOM-un növbəti 8-ci sessiyasının vaxtı və məkanı müəyyənləşdirilib.
Xatırladaq ki, Xəzər dənizinin Hidrometeorologiyası üzrə Koordinasiya Komitəsinin 6-cı sessiyasına 2023-cü ilin 1 mart tarixində Azərbaycan uğurlu ev sahibliyi etmişdi və həmin sessiyada bir çox əhəmiyətli sənədlərin müzakirəsi baş tutmuşdu.
BirBir

Vətən Naminə Mətbuat Xidməti

Избранный
257
1
vetennamine.az

2Источники