RU

Xəzər dənizinin Hidrometeorologiyası üzrə Koordinasiya Komitəsinin 7-ci sessiyası keçirilib

Bakı, 23 noyabr, AZƏRTAC

Qazaxıstan Respublikasının ev sahibliyi ilə Xəzər dənizinin Hidrometeorologiyası üzrə Koordinasiya Komitəsinin (KASPKOM) videokonfrans formatında 7-ci sessiyası keçirilib.

Sessiyada Azərbaycanı nümayəndə qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov təmsil edib. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, KASPKOM-a üzv ölkələrin milli hidrometeorologiya xidmətlərinin rəhbərləri hidrometeorologiya sahəsində milli fəaliyyətlərin cari vəziyyəti və perspektivləri barədə maraqlı təqdimatlarla çıxış edib, müvafiq sualları cavablandırıblar.

Həmçinin konfransda tərəflər Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq haqqında Sazişin icrası, KASPKOM çərçivəsində iqlim üzrə işçi qrupun yaradılması, KASPKOM və Tehran Konvensiyası arasında əməkdaşlıq və digər mövzular ətrafında məhsuldar müzakirələr aparıblar. Paralel olaraq KASPKOM-un prosedur qaydaları layihəsi, iqlim bülletenləri, kataloqları, sənədləri də nəzərdən keçirilib.

Görüşün sonunda KASPKOM-un növbəti 8-ci sessiyasının vaxtı və məkanı müəyyənləşdirilib.

Xatırladaq ki, Xəzər dənizinin Hidrometeorologiyası üzrə Koordinasiya Komitəsinin 6-cı sessiyasına 2023-cü ilin 1 mart tarixində Azərbaycan uğurlu ev sahibliyi etmişdi və həmin sessiyada bir çox əhəmiyyətli sənədlərin müzakirəsi aparılmışdı.

Избранный
221
1
azertag.az

2Источники