RU

"Windows"un daxili təhlükəsizliyi SINDIRILDI

"Blackwing Intelligence" şirkətinin mütəxəssisləri “Windows” əməliyyat sistemində quraşdırılmış təhlükəsizliyi sındıra biliblər.

Publika.az xəbər verir ki, bu barədə "The Verge" məlumat yayıb.

Təhlükəsizlik tədqiqatçıları "Windows PC"lərdə istifadə edilən kod, barmaq izi və ya üzdən istifadə edərək identifikasiya metodu olan "Windows Hello"nun təhlükəsizliyindən yan keçə bildiklərini bildiriblər.

Mütəxəssislər sistemdə çoxlu boşluqlar aşkar etdiklərini vurğulayıblar.

Sistem qüsurları "Windows" noutbuklarında istifadə edilən üç əsas barmaq izi sensorunda aşkar edilib - "Microsoft" , "Dell" və "Lenovo" tərəfindən istehsal edilənlər.

"Goodix", "Synaptics" və ELAN-dan olan sensorlar da kompüterləri lazımi səviyyədə qoruya bilməyib.

Избранный
569
2
publika.az

10Источники