RU

41 şəxs 11 gündür dağıntılar altındadır

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyunHindistanın Uttarkand əyalətinin kiçik Uttarkaşi şəhərində dağılmış yol tunelindən inşaatçıların xilas edilməsi əməliyyatı 11-ci gündür ki, davam edir.Olaylar.az xəbər verir ki, inşaatçılar inşa etdikləri 4,5 kilometrlik yeraltı tunelin bir hissəsinin sürüşmə nəticəsində uçmasından sonra dağıntılar altında qalıblar. İnsident noyabrın 12-də baş verib.Tikinti dağlıq ərazilərdə getdiyindən işçiləri tuneldən çıxarmaq çox çətindir.Buna baxmayaraq, xilasedicilər kiçik diametrli boru vasitəsilə inşaatçılara oksigen verilməsini təmin edə biliblər. Noyabrın 20-dən etibarən daha enli yeni boru vasitəsilə onlara isti yemək verilməyə başlayıb. İşçilər qohumları ilə videozənglər vasitəsilə əlaqə saxlayırlar.Xilasedicilər artıq 46 metr dərinliyə çatıblar. İnşaatçıları xilas etmək üçün isə hələ 12 metr qalıb. (Trend)

Избранный
382
6
olaylar.az

10Источники