RU

Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq

Bakı. Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəkiTikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən Sumqayıtşəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulmasıilə bağlı işlərə başlanılır.

Bu barədə Trend-ə İri Şəhərlərin Birləşmiş Su TəchizatıXidmətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, işlərin icrası üçün “EL EPCM” MMC ilə dəyəri41.505.291,51 AZN (41 milyon 505 min 291 manat 51 qəpik) olanmüqavilə imzalanıb. Sumqayıt şəhərində kanalizasiya və yağış sularısisteminin yenidən qurulması işlərinə dekabrın ilk günlərindənbaşlanılacaq.

İlkin olaraq, “Acı dərə” kanalının trassası boyu kanalizasiya vəyağış suları sisteminin yenidən qurulması işləri həyatakeçiriləcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəkiTikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlıhazırlıqlara başlayıb.

Məqalədə:
Избранный
53
48
az.trend.az

10Источники