Misli Premyer Liqasının XV turu çərçivəsində “Zirə” “Sumqayıt”ı qəbul edib.
Publika.az xəbər verir ki, hakim Rəşad Əhmədovun idarə etdiyi matç Zirə İdman Kompleksinin stadionunda baş tutub.
Oyunda hesab erkən açılıb: 8-ci dəqiqədə David Volkovi ev sahiblərinin ilk qoluna imza atıb. 37-ci dəqiqədə isə “kimyaçılar” status-kvonu bərpa ediblər: Nikola Vuynoviç dəqiq olub.