RU

"Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub etdi

\"Qarabağ\" Misli Premyer Liqasında \"Neftçi\"ni məğlub edib.

AZXEBER.COM-un məlumatına görə, XV turun sonuncu oyunu \"Neftçi Arena\"da keçirilib.

Qarşılaşma \"köhlən atlar\"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində 27, 56-cı dəqiqələrdə Leandro Andrade, 53-cü dəqiqədə Nəriman Axundzadə fərqləniblər.

Turnir cədvəlinin birinci pilləsində qərarlaşan \"Qarabağ\" xallarının sayını 37-yə çatdırıb. \"Ağ-qaralar\" 13 xalla 8-ci sıradadır.

Qeyd edək ki, turun əvvəlki matçlarında \"Araz-Naxçıvan\" \"Turan Tovuz\"u, \"Sabah\" \"Səbail\"i, \"Kəpəz\" \"Şamaxı\"nı 1:0, \"Zirə\" isə \"Sumqayıt\"ı 4:1 hesabı ilə məğlub edib.
Избранный
153
11
azxeber.com

10Источники